Bakıda sərnişin avtobusunda "Allahu Əkbər" həyəcanı

Ötən həftə Bakıda çox maraqlı və eyni zamanda gülməli hadisə baş verib. Anspress-in məlumatına görə, maraqlı hadisə sərnişin avtobusunlarından birində olub. Belə ki, avtobus “Gənclik” metrosu yaxınlığında sərnişin avtobusu dayanacaqda dayanır. Bu zaman avtobusa orta boylu, uzun saqqallı və ilk baxışdan radikal dindara bənzəyən bir kişi minib. Kişi gələrək avtobusun ortasında dayanıb və əlindəki çantanı yerə qoyub. Avtobus hərəkət etməyə başlayan zaman, “Allahu Əkbər” deyib və ani şəkildə əyilərək çantanın ağzını açıb. Bu zaman sərnişinlər panikaya düşür. Bir neçə saniyə içərisində sərnişinlər avtobusdan düşüb qaçmağa başalayır. İnsanlar o qədər həyəcanlanıblar ki, bir-birinin üstünə çıxıblar. Bəziləri isə qaçan zaman üzü üstə yıxılıblar. Lakin kişi çantadan “bomba” yox, "suxari" çıxarıb. Demə kişi suxari yemək istəyirmiş. Yazıq kişi hadisədən özü də şoka düşüb. Hətta onun vəziyyəti pisləşib. Sonradan sərnişinlər yenidən avtobusa miniblər.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












