Bakıda sərnişinlər avtobus sürücüsünü döydülər

Bu gün səhər saatlarında 6 saylı marşurut xəttilə hərəkət edən sərnişin avtobusunda metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında insident yaşanıb. Məhz sürücünün sərnişinlərlə kobud davranması onun döyülməsilə nəticələnib. Hadisəni marşurut avtobusunda olan ANS Tv-nin əməkdaşaları mobil telefonla lentə alıblar. İnsident zamanı sürücü idarə etdiyi avtobusdan yerə düşərək sərşinilərlə mübahisə edib. Baş verən olaya səbəbsə, sürücünün içərisi sərnişinlə dolu olan avtobusu qəfil işə salması olub. Yəni anidən əyləcdən istifadə etməsi avtobusdakı sərişinlərin bir qisminin yıxılmasına səbəb olub. Elə hər şey də bundan sonra başlayıb. Sərnişinlərdən biri sürücünün bu səhlənkarlığına göz yummayıb və ona təzyiq göstərib. Avtobusdan düşürülən sürücü digər sərnişinlər tərəfindən də təzyiqə məruz qalıb. Hadisə yerinə polis əməkdaşları da cəlb olunub. Onlar sərnişinlərlə sürücü arasındakı mübahisəni sakitləşdirməyə çalışıblar. İnsident səbəbindən sərnişinlərin əksəriyyəti işə, mənzil başına gecikiblər. Sürücü isə hadisə yerindən uzaqlaşaraq yenidən sükan arxasına keçib.
Dehlidə keçirilən BRİCS iclasında nələr müzakirə edilib? - POLİTOLOQ
Prezident İlham Əliyev sükan arxasına keçib - VİDEO
Bakıda bəzi küçələrdə tətbiq ediləcək “yaşıl dalğa” sistemi tıxacı azaldacaq? - DEPUTAT
Avtobusların sayı artır, problem həll olunmur – Səbəb nədir?
Bakının nəqliyyatında yük niyə iki sistemin üzərindədir? – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Azərbaycan Prezidenti: "Avropa Parlamenti rüşvətxorlar yuvasıdır"
Nəqliyyat gəlirlərinin artması Azərbaycana nə qazandıracaq? – İQTİSADÇI
Metroda nasazlıq yarananda sərnişinlərin təhlükəsizliyi necə qorunmalıdır? – AÇIQLAMA
Tıxacda bu hərəkət böyük qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ
Bakıda taksi qiymətləri niyə artır? - Ekspert










