Cəmi bir ədəd istehsal olunan bu avtomobil 2 milyon manatdan baha satıldı - FOTO

Dünyada yalnız bir ədəd olduğu bildirilən 1953-cü il istehsalı “Cadillac Elegante” avtomobili 1 milyon 275 min dollara(təxminən 2 milyon 167 min 500 manat) satılaraq markanın hərrac tarixində rekord müəyyənləşdirib.
Avtosfer.az xəbər verir ki, ABŞ-nin İndiana ştatında “Kruse Auctions” tərəfindən keçirilən hərracda satılan avtomobil 2023-cü ildə 940 min dollara satılan 1934-cü il istehsalı “V16 Fleetwood”un rekordunu geridə qoyub.
“Cadillac Elegante”ni xüsusi edən əsas məqamlardan biri onun tək nüsxədə hazırlanmasıdır. “Cadillac Series 62” şassisi üzərində hazırlanan avtomobilin alüminium kuzovu İtaliyanın “Carrozzeria Motto” şirkəti tərəfindən 30 ay ərzində əl işçiliyi ilə formalaşdırılıb. Avtomobilin dizaynında Albrecht von Goertzun imzası olub.
Mirvari ağ rəngli kuzova və qızılı rəngli tavana malik avtomobilin salonunda tünd bordo rəngli italyan dərisindən istifadə edilib. Xüsusi sükan çarxında isə işıqlandırılan medalion yerləşdirilib.
Avtomobilin qapı dəstəkləri, ön şüşə çərçivəsi və bəzi bürünc elementləri 24 əyarlı qızıl ilə örtülüb. “Cadillac Elegante” təxminən 210 at gücü hasil edən 5,4 litrlik V8 mühərriklə təchiz olunub. Avtomobildə elektrohidravlik açılan sərt dam mexanizmi də var.

Avtomobilin odometrində cəmi 6 970 kilometr göstəricisi qeydə alınıb. “Elegante” ilk dəfə 1955-ci ildə Nyu-York Avtomobil Sərgisində nümayiş etdirilib. Modeldən ilkin olaraq 10 ədəd istehsal olunması planlaşdırılsa da, bu layihə reallaşdırılmayıb və nəticədə “Elegante” “Cadillac” tarixinin ən nadir avtomobillərindən birinə çevrilib.
Bildirilir ki, avtomobil illər sonra “Endryu” qasırğası zamanı zədələnib. Bundan sonra başlayan genişmiqyaslı restavrasiya işləri 16 il davam edib və 2014-cü ildə başa çatıb.
73 il ərzində böyük ölçüdə ictimaiyyətin diqqətindən kənarda qalan “Cadillac Elegante”nin 1 milyon 275 min dollara satılması markanın hərrac tarixində ən yüksək qiymət kimi qeydə alınıb.
Eltac Zülfüqaroğlu
Beynəlxalq təşkilat uçuşların təhlükəsizliyi ilə bağlı xəbərdarlıq etdi
“Türk Dövlətləri Təşkilatının özünə aid himni olmalıdır” – Rəşad Məcid - VİDEO
Rusiyada xarici təyyarələrlə bağlı daha bir QADAĞA
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA










