Bakıda sərnişinləri dərdə salan avtobus - FOTO

Avtosfer.az xəbər verir ki, Bakıda sərnişin avtobusları ilə bağlı problemlər bitib-tükənmir. Problemlərdən biri Binə qəsəbəsində işləyən 160 saylı sərnişin avtobusu ilə bağlıdır. Bu barədə Binə qəsəbə sakinləri anspress-in “Qaynar xətti”nə şikayətlərində bildiriblər.
Şikayətçi Yasin Cavadovun sözlərinə görə, Binə qəsəbəsində neçə illərdi avtobus problemi davam edir: “200 minə yaxın əhalisi olan Savxoz və Binə qəsəbəsindən “Koroğlu” metrosuna cəmi bir xətt işləyir. 160 nömrəli avtobus çox gec-gecə gəlir. Binədə isə bu marşruta ümumiyyətlə minmək mümkün deyil. 1 manata yolüstü metroya aparan sürücülər sağ olsunlar. Yoxsa şəhərə çıxışımız heç cür mümkün olmazdı. Milli Stadionun yaxınlığında yerləşən Binə qəsəbəsində, Avropa oyunlarının keçiriləcəyi bir vaxtda bu cür vəziyyətin olması həqiqətən yolverilməzdir”.
Məsələni araşdırmaq üçün avtobusun tabe olduğu “Ayşən” MMC şirkətilə əlaqə saxladıq. Şirkətin direktoru Zabir Hüseynov açıqlamasında edilən şikayətin doğru olduğunu bildirdi. Onun sözlərinə görə, həqiqətən də avtobuslar vaxtında işləyə bilmir. Onların gecikməsinəs səbəb isə yollardır. “Yollar çox bərbaddır. Yolda iri çuxurlar var. Biz ora daş alıb tökmək, yolu təmir etmək istədik. Lakin Binə kənd İcra nümayəndəsi bizə imkan vermədi. Bu həqiqətən də biabırçılıqdır. 30 avtobus olsa da işləyə bilmirik”.
Binə kənd Bələdiyyəsinin sədri Hacı Habil Həmidov açıqlamasında bildirdi ki, qəsəbə bələdiyyəsinə yeni seçilib. Seçildiyi gündən bu problemlə məşğuldur. Onun sözlərinə görə, bir dəfə yollardakı çalaları qumla doldurub. Lakin sonradan yağış yağıb və yolu yenidən bərbad vəziyyətə salıb. Habil Həmidov söz verdi ki, ən geci 3-4 günə problemi həll edəcək.
“Söz verirəm ki, yolu təmir etdirəcəyəm. Siz gələn həftənin birinci gün əlaqə saxlayın. Görəcəksiz ki, sözümün üstündə durdum. Yol problemini birdəfəlik həll edəcəyəm!”.
Yaxın Şərqdəki müharibə Azərbaycanda radiasiya riski yaradır? - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti bahalaşdı; qiymət artını nə vaxta qədər davam edəcək? – Ekspert AÇIQLADI
Rusiya və Çin İrana müharibədə niyə dəstək vermir? – Politoloq səbəbləri AÇIQLADI
Maşını vağzalın önünə park edənlərə görə sürücülər 4 saatdır gözləyir - VİDEO
Azərbaycanda nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edilib
Bakıda sahibsiz itlər sakinləri qorxu içində saxlayır – Tədbir görən yoxdur - VİDEO
Bakı Vaqon Təmiri Zavodu Azərbaycan üçün hansı əhəmiyyətə malik idi? – Ekspert AÇIQLADI
Taksi dayanacaqlarının ZƏBT OLUNMASI: "Qayda pozmağa məcbur qalırıq" - FOTO - VİDEO
Tələbələrə ictimai nəqliyyatda endirim ediləcək
"TikTok"dakı qeyri-etik paylaşımlara görə həbs edildilər
Ramazan ayının on dördüncü gününün duası - İmsak və iftar vaxtı













