Bakıda sərxoş halda 8 maşını əzən şəxsin kimliyi bilindi

Bir neçə gün bundan əvvəl Aftosfer.az saytı məlumat yaymışdı ki, fevralın 28-dən martın 1-nə keçən gecə Bakıda ağır yol qəzası baş verib. Həmin məlumatda deyilirdi ki, «İnfiniti-5-5» markalı, nömrə nişanının seriyası 555 olan avtomobil Bakının mərkəzində - Sahil bağının yanında 8 avtomobili əzib. Hadisə Fransaının Azərbaycandakı səfirliyinin binası qarşısında baş verib. Yenə həmin məlumatda vurğulanırdı ki, gecə saat 4 radələrində səfirliyin arxa tərəfindəki bardan çıxan şəxs içkili vəziyyətdə olub. Lakin o, bu vəziyyətdə maşına oturaraq sürətlə arxaya hərəkət edib. Bu zaman barın mühafizəçisinə toxunan maşın səkiyə dəydiyi üçün dayanıb. Daha sonra maşını irəli sürən həmin şəxs müxtəlif markalı 8 avtomobili vurub. Son olaraq «Nissan» markalı avtomobili əzib az qala səfirliyi qoruyan polislərin postuna çırpılan avtomobili hündür səki saxlayıb. Əzilən sonuncu avtomobil Fransa səfirliyinə məxsus olub.
Aftosfer.az onu da bildirmişdi ki, hadisəni törədən şəxs icra başçılarından birinin qardaşı oğludur. Jam.az-ın məsələ ilə bağlı apardığı araşdırma zamanı bəlli olub ki, Fransa səfirliyi qarşısında sözügedən tarixdə məlum olayın səbəbkarı həqiqətən də icra başçılarından birinin qardaşı oğludur. Həmin icra başçısı isə Daşkəsinin rəhbəri Əhəd Abıyevdir. Hadisədə adı hallanan şəxsin adı bizə məlum olsa da, bəzi dəqiqləşdirmələr səbəbindən hələlik açıqlamırıq.
Araşdırmalar zamanı o da məlum olub ki, sözügeən şəxsin idarə etdiyi avtomobil isə Ali Məhkəmədə çalışan yaxın dostlarından birinə məxsus olub.
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO








