Bakıda sərxoş sürücü dəhşətli qəza törədib – FOTOSESSİYA

Bakının Xətai rayonunda baş verən yol qəzasında iki nəfər xəsarət alıb. APA-nın məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb. Sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində əvvəlcə beton arakəsməyə, sonra işıq dirəyinə çırpılıb, daha sonra isə yolun ortasında aşıb. Qəza nəticəsində avtomobildə olan iki nəfər - Əbdürrəhmanov Kənan Cabir oğlu və Rzayev Fəxri Firudin oğlu ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən 3 saylı kliniki xəstəxanaya çatdırılıblar. İlkin məlumata görə, qəzaya uğrayan "Mercedes" başqa bir "Mercedes"lə yarışırmış. Sürət yüksək, sürücü isə sərxoş olduğundan idarətməni itirib və qəza baş verib. Digər "Mercedes"in sürücüsü isə ərazidən uzaqlaşıb. Xətai Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO

















