Bakıda “SHACMAN”ın iştirakı ilə qəza: ağır yaralılar var - FOTO

Bakının Neftçilər prospektində, dəniz vağzalının qarşısında yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı “SHACMAN” markalı yük maşını, “BMW” və “Nissan” markalı minik maşınlarının toqquşması nəticəsində iki nəfər xəsarət alıb. İlkin məlumata görə, “SHACMAN” markalı yük maşını Neftçilər prospekti ilə hərəkətdə olarkən “BMW” ona çırpılıb. Toqquşmadan sonra “BMW” prospektlə hərəkətdə olan “Nissan”a dəyib. Hadisə nəticəsində “BMW”nin sürücü və avtomobildəki sərnişin xəsarət alıb. Yaralılara hadisə yerində olan təcili tibbi yardım briqadasının həkmləri tərəfinlən yardım göstərilib və onlar ağır vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. “BMW”nin sürücüsünün vəziyyətinin ağır olduğu bildirilir. Qəzadan sonra bir müddət Neftçilər prospektində avtomaşınların sıxlığı da müşahidə edilib. Polis əməkdaşlarının müdaxiləsindən sonra isə yolda hərəkəti qaydaya salmaq mümkün olub. Qəzanın baş vermə səbəbləri isə Səbail rayon polis idarəsi araşdırılır. Artıq qəzanın iştirakçısı “SHACMAN” markalı yük maşınının sürücüsü ifadəsinin alınması üçün polis idarəsinə aparılıb.
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR













