Sabunçuda narkotik satışı ilə məşğul olan silahlı şəxs saxlanıldı - VİDEO - FOTO

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında Balaxanı qəsəbəsində həyata keçirdikləri tədbir nəticəsində üzərində və yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat və külli miqdarda narkotik maddə saxlayan şəxs tutulub.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, şöbəyə əvvəllər məhkum olunmuş Zaur Əfəndiyevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs saxlanılıb və onun üzərinə baxış zamanı ümumilikdə 28 qram tiryək və heroin aşkar edilib.
Zaur Əfəndiyev ifadəsində yaşadığı evin həyətindəki yardımçı tikilidə əlavə narkotik vasitələr və odlu silah gizlətdiyini etiraf edilb.
Polislər həmin yerə baxış keçirən zamanı oradan 1 kiloqram 77 qram heroin, 142 qram tiryək, 1 ədəd “TT” maraklı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar edərək götürüblər.
Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxs Balaxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olub. O, xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq həmin şəxslərin ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdikləri narkotikləri və odlu silahı qəbul edib.
Faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zaur Əfəndiyev barəsində məhkəmələrin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT










