Bakıda su-kanalizasiya sistemi yenilənəcək - Dövlət proqramı hazırlanıb

Bakıda və Abşeron yarımadasında su-kanalizasiya sisteminin yenilənməsi ilə bağlı xüsusi dövlət proqramı hazırlanıb. Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov təmsil etdiyi qurumun İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə keçirdiyi tədbirdə bildirib.
Onun sözlərinə görə, hazırda proqram üzərində müzakirələr aparılır:
"Proqram çərçivəsində layihələrin icrası üçün donorlarla danışıqlar aparılır, onların maliyyə dəstəyinin və beynəlxalq mütəxəssislərin cəlb olunması nəzərdə tutulur. Bundan başqa, Bakı və Abşeron yarımadasında tullantı sularının idarə olunmasının yaxşılaşdırılması və infrastrukturun yenilənməsi istiqamətində 10 iri layihə həyata keçirilir. Bu layihələrə iri həcmli daşıyıcı kollektorların, həmçinin 3 yeni su təmizləyici qurğu kompleksinin tikintisi daxildir".
İ.Bayramov əlavə edib ki, magistral kollektorların 2027-ci ildə, su təmizləyici qurğu komplekslərinin isə 2027–2028-ci illərdə tamamlanması planlaşdırılır.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












