Bakıda "sürücü ovu" davam edir

«Noyabr ayının 16-dan 300 dən artıq pərdə və plyonkalı idarə edilən nəqliyyat vasitəsi müəyyən edilib və onlar sənədləşdirilib”. Bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov anspress-ə bildirib. "Noyabr ayının 16-dan - dekabrın 1-nə kimi Bakı şəhər üzrə, yəni paytaxtın inzibati ərazisinə düşən küçə və yallarda əməkdaşlarımız xidmət apararkən ümumilikdə 117 protokol tərtib olunub. Avtomobillərini pərdə və plyonka ilə idarə edən sürürcülər 150 manat məbləğində cərimə olunur", - deyə Vaqif Əsədov bildirib. O qeyd edib ki, hər il isti hava şəraiti ilə əlaqədər standartın tələbinə uyğun istismar edilən nəqliyyat vasitəsi arxa sağ sol qapı şüşələrindən istehsalçı zavodun müəyyən etdiyi sənaye üsulu ilə hazırlanan pərdə və jalüzlərin asılmasına icazə verilib. Noyabr ayı ərzində təxminən 30.000 dən artıq intizabi protokol tərtib edilib. Ən çox tərtib edilmiş protokollar arasında piyadalar üstünlük təşkil edir. Yəni bu ay ərzində daha çox piyadalara protokol tərtib edilib. Bundan əlavə ümumilikdə ötmə, manevir etmə, yol ayrıclarını keçmə qaydalarının pozulması da var. Bu ümumi törədilmiş xətaların aşkarlama əmsalınn təxminən 50 % -ni təşkil edir. Daha sonrakı yerlərdə piyada səhvləri, qırmızı işıqda keçmə, mobil telefonla danışmaq və s göstərmək olar.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












