Bakıda sürücüləri belə aldadırlar – DİQQƏT!

Paytaxtda ödənişli müvəqqəti duracaqlarda avtomobillərin saxlanmasına görə pulu parkomatlara daxil etmək əvəzinə, onları mənimsəyən nəzarətçilər cəzalandırılır, işdən çıxarılır, bəziləri isə hətta cinayət məsuliyyətinə cəlb edilirlər. Bunu Trend-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi (XTAİ) rəisinin müavini Lətif Axundov deyib. Onun sözlərinə görə, bəzi hallarda nəzarətçilər sürücülərdən pulu alıb parkomata daxil etmək əvəzinə özlərinə götürürlər: “Biz bununla bağlı dəfələrlə vətəndaşlara da, işçilərimizə də xəbərdarlıq etmişik. Bununla əlaqadar İdarədə daxili nəzarət qrupu yaradılıb. Onlar əraziləri gəzib belə qanunsuzluqları üzə çıxarırlar. Bir daha vətəndaşlara, sürücülərə bəyan edirik ki, parkomatlara nəzarət edən işçilərə pul verməsinlər. Xahiş edirik, vətəndaşlar zəhmət çəkib ödəməni özləri aparsınlar”.
L.Axundov qeyd edib ki, bununla əlaqədar dəfələrlə işçilərə tənbeh və cəzalar tətbiq olunub: “Hətta cinayət tərkibi olan hallarda polisə müraciət olunub. Bəzi işçilərə bir neçə dəfə xəbərdarlıq edilib. Lakin nəticə çıxarmadıqlarına görə işdən azad ediliblər. Belə nümunələr çoxdur. Həftədə ən azı 3-5 belə hal olur”.
XTAİ-nin rəis müavini bildirib ki, çox zaman bəzi sürücülər özləri qaydalara məhəl qoymur və ödəmələri həyata keçirməkdən imtina edirlər. Ödəməni tələb etdikdə isə nəzarətçilərə qarşı kobud rəftar edirlər. L.Axundov deyib ki, onların əməllərindən utanması və ictimai qınaq obyektinə çevrilməsi məqsədilə belə şəxslərin adları, avtomobillərinin marka və nömrələri mütəmadi olaraq ictimaiyyətə açıqlanır və bundan sonra da açıqlanacaq.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












