Bakıda sürücüləri döyülməkdən kim qoruyacaq? - Rəsmi AÇIQLAMA

Bu cür halların olması yolverilməzdir və bu cür hallara qarşı Bakı Nəqliyyat Agentliyi tərəfindən ötən dövr ərzində sərnişin-sürücü münasibətlərinin qorunması, sərnişin-sürücü münasibətlərinin pozulmaması üçün müxtəlif maarifləndirmə işləri aparılıb. Bunu Milli.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev son zamanlar artan avtobus sürücülərinin sərnişinlər tərəfindən döyülməsi faktları barədə danışarkən deyib. O bildirib ki, ictimai qınaqla sürücülərin döyülməsi hallarının qarşısını almağı düşünürlər: "Maarifləndirmə işləri hər iki istiqamətdə aparılıb - həm sərnişinlərlə, həm sürücülərlə. Sərnişinlərlə bu işlər davamlı olaraq aparılır, müxtəlif sosial aksiyalar keçirilir, sərnişinlər arasında xüsusi kitabçalar paylanılıb, məktəblərə də bu kitabçalar verilib. Eyni zamanda, hər zaman istehsalat bazasında, istər "Baku Bus", istər digər daşıyıcılara məxsus istehsalat bazalarında sürücülərlə görüşlər keçiriləndə, daşıyıcılarla görüşlər keçiriləndə onlara təlimatlar verilir ki, sərnişin-sürücü münasibətlərinin pozulmaması, qorunması baxımından sürücülər hər zaman etik davranış qaydalarına əməl etməlidirlər. Sürücülər sərnişinlərlə baş verən mübahisələrin sonradan daha da gərginləşməməsi və bu cür xoşagəlməz hallara çatmaması üçün maksimum dərəcədə soyuqqanlı olmalıdırlar.

Eyni zamanda bu cür halların qarşının alınması üçün, əgər zərurət yaranırsa, hüquq mühafizə orqanlarına müraciət olunur. Bu cür addımların qarşının alınmasının bir növü də ictimai qınağın yaradılmasıdır. Pandemiya dövründə 13 nömrəli marşrut xətti üzrə avtobusda baş verən bu hadisə ilk deyildi. Buna qədər də bir neçə belə hallar baş verib. Lakin biz artıq bu cür halların bizi narahatedici səviyyəyə gəlib çatdığını gördükdə bu məsələnin ictimailəşməsinə qərar verdik. Çünki ictimaiyyətin qınağını yaratmaqla bu cür halların qarşısını almaq mümkün olacaq".
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu










