Bakıda sürüşmələrin monitorinqi aparılıb, çatlar və çökmələr müəyyən edilib - FOTOLAR

Qaraçuxur qəsəbəsində sürüşmələrin monitorinqi aparılıb. Avtosfer.az xəbər verir ki, Coğrafiya İnstitutundan verilən xəbərə görə, Geomorfologiya və təbii risklər şöbəsinin əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində sürüşmələrin monitorinqini aparıblar. Mütəxəssislərin rəyinə görə, bu ərazidə sürüşmələrə səbəb olan əsas amil yamacın əsasının kəsilməsi və yamacın yuxarı hissəsində su və tullantı sularının nizamsız axmasıdır. İkinci sürüşmə sahəsi Yeni Günəşli yaşayış massivinin cənub-şərqində, Zığ-Hövsan yolunun kənarında yerləşir. Sürüşmələrin səbəbi antropogen fəaliyyətdir, yəni məişət və kanalizasiya sularının axıdılmasıdır. Fərdi yaşayış binalarının divarlarında və hasarlarda çoxsaylı çatlar və çökmə hadisələri müəyyən edilib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF















