Bakıda taksi sürücülərinin qənimləri tutuldu - VİDEO

Taksi sürücüsünə qarşı quldurluq edənlərin problemləri isə hələ bundan sonra başlayıb. Onlar sürücünü hədələyərək pulunu əlindən alıblar. Və polisdən uzağa gedə bilməyiblər, saxlanılıblar.
Zaur Novruzov taksi sürücüsüdür. O, Bakının Yasamal rayonunda maşına müştəri kimi əyləşən tanımadığı iki nəfərin ona qarşı quldurluq etdiyi barədə polisə məlumat verib. Keçirilən əməliyyat nəticəsində quldurluq hadisəsi törətməkdə şübhəli bilinən Masallı rayon sakini Ceyhun Talıbov saxlanılıb. Əvvəllər məhkumluq həyatı yaşayan Ceyhun Talıbov quldurluq yolu ilə Zaur Novruzovun iki ədəd mobil telefonunu əlindən alıb. Nurəddin Hümbətova qarşı isə xuliqanlıq edib. Hadisədən sonra Masallıya gedən Ceyhun Talıbov Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat zamanı saxlanılıb. Saxlanılan şəxslər bir neçə dəfə quldurluq hadisəsi törətdiklərini etiraf ediblər. Ceyhun Talıbov taksi sürücülərinə hədə-qorxu gəlmək üçün üzərində bıçaq gəzdirdiyini də bildirib.
Ceyhun Talıbov törətdiyi cinayətlərinin əksəriyyətini tək edib. Bəzilərində isə Murad adlı dostu ona bu işdə köməklik göstərib.
Saxlanılanların sözlərinə görə, əldə etdikləri pulla narkotik maddə alaraq istifadə edib. Ceyhun Talıbov hər dəfə pulu qurtaranda quldurluq etmək üçün Masallıdan Bakıya gəlib. O, cinayəti törətmək üçün paytaxta gəlməsini belə izah edib.
Ceyhun Talıbov deyir ki, bütün cinayətlərin hamısını Bakıda edib: "Rayonda bu cür cinayət törətmək mümkün deyil".
Dəstə üzvləri taksi sürücülərində pulun olub-olmadığını da maraqlı bir üsulla müəyyən edirlərmiş. Belə ki, əlində saxta 100 manatlıqla sürücülərə yaxınlaşan Ceyhun pulu xırdalamağa razı olan sürücünün maşınına əyləşirmiş.
Saxlanılan şəxs Murad Teymurov: "Ceyhunda saxta pul olurdu, onun taksi sürücüsünə göstəriridi, sürücü də pulu xırdalayanda götürüb qaçırdıq".
Qeyd edək ki, dəstə üzvlərinin saxlanılmasında paytaxtda quraşdırılan təhlükəsizlik kameralarını da böyük rolu olub. Belə ki, onların törətdikləri cinayətlərinin bəziləri bu kameralar vasitəsilə lentə alınıb. Faktla bağlı dəstə üzvləri barəsində cinayət işi başlanılıb, istintaq davam edir.
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO










