Bakıda taksi sürücüsündən qadın müştəriyə qarşı əxlaqsız HƏRƏKƏT - Polis onu axtarır

Bakıda “1 manatlıq” taksilər kimi tanınan nəqliyyat vasitələrindən birinə müştəri kimi əyləşən vətəndaş Rimma Hacıyeva sürücüdən əxlaqsız təklif aldığını iddia edir. Avtosfer.az-ın məlumatına görə, R.Hacıyeva bildirib ki, taksiyə axşam saatlarında “20 Yanvar” metrostansiyasının çıxışında minib: “Məni və bir qoca kişini müştəri kimi götürdü, dedi ki, kişini “Şamaxinka”da düşürüb geri qayıdacaq və başqa adamlar götürüb yoluna davam edəcək. Həmin kişi maşından düşəndən sonra ikimiz qaldıq.
Bu dəfə də “İnşaatçılar”dan xüsusi sifarişlə adam götürəcəyini dedi. Məni Qurd Qapısı adlanan əraziyə apardı, orada içidolu çanta götürdü və başqa heç kim minmədi. Artıq təşvişə düşdüm və hara getdiyimizi soruşdum. Başladı mənə suallar verməyə və bir də baxdım ki, artıq Sədərək yolundayıq və maksimum sürətlə hərəkət edir”.
R.Hacıyeva bildirib ki, bundan sonra taksi sürücüsü ona hədə-qorxu gəlməyə başlayıb: “Mənə əxlaqsız təklif və şantaj etdi. Polisə zəng etsəm, məni arxa oturacağa keçirəcəyini dedi. Anama zəng edib polisə xəbər verməsini deyərək qışqırdım. Bundan sonra məni gətirib “20 Yanvar”da düşürtdü və sürətlə oradan uzaqlaşdı”.
Hadisədən sonra R.Hacıyeva və ətrafındakı şəxslər bu barədə polisə məlumat veriblər. O, dünən günorta saatlarında polis bölməsinə dəvət edilərək izahatı alınıb. Bildirib ki, artıq həmin şəxsin axtarışlarına başlanılıb: “Əmin ola bilərsiniz ki, o öz cəzasını artıqlaması ilə alacaq. Həmin şəxs tapıldıqdan sonra şəxsən özüm üzbəüz onunla bölmədə görüşəcəyəm”.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır.
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO









