Bakıda taksi sürücüsünü bıçaqlayıb maşınını qaçırdılar

Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, Bakının Sabunçu rayonunda taksi sürücüsünün bıçaqlanması ilə nəticələnən cinayət hadisəsi baş verib. Məlumata görə, öz şəxsi avtomobili ilə taksi fəaliyyəti gösərən 30 yaşlı Mürsəliyev Ramil Eldəniz oğlu rayonun Ramana qəsəbəsi ərazisində müştərisi tərəfindən bıçaqlanıb. Qarın nahiyəsindən bir bıçaq zərbəsi alan yaralı 3 saylı şəhər xəstəxanasına aparılıb. Cərrahi müdaxilə ilə həyati təhlükəsi sövuşan Ramil Mürsəliyev, daha sonra reanimasiya şöbəsinə yerləşdirilib.
Zərərçəkmiş reanimasiyaya girmədən öncə hadisə barədə polisə bəzi məlumatlar verib. Sürücü şəhərdən Ramana qəsəbəsinə apardığı müştərisi ilə maşında mübahisə etdiyini bildirib. Onun deməsinə görə, qəsəbənin daxilində böyüyən mübahisənin pik nöqtəsi orta məktəbin həndəvərində yekunlaşıb. Belə ki, Ramil müştərisi tərəfindən bıçaqlandıqdan sonra, maşınından da olub. Həmin naməlum müştəri zərərçəkəni yaralı halda maşından yerə atıb və onun avtomobilinə minərək ərazidən yayınıb. Hazırda Sabunçu polisi həm qaçırılan avtmobili, həm də onun sükanı arxasına keçən cinayətkarı axtarır.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












