Bakıda taksi yandı - VİDEO
Xətai rayonunda taksi fəaliyyəti ilə məşğul olan avtomobillərdən birində yanğın baş verib. ANS-in məlumatına görə, hadisə Xətai rayon Yusif Səfərov küçəsində qeydə alınıb. Taksi fəaliyyəti ilə məşğul olan BMW markalı avtomobilin mühərrik hissəsində qəfil yanğın başlayıb. Maşını tərk edən sürücü Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə məlumat verib. Hadisə yerinə iki yanğınsöndürmə briqadası cəlb olunub. Yanğinsöndürənlər yanan avtomobili söndürüblər və alovun nəqliyyat vasitəsinə tam yayılmasına imkan verməyiblər. Hadisə nəticəsində maşının yalnız mühərrik hissəsi yanıb. Yanğın zamanı avtomaşına ziyan dəysə dəysə də, xəsarət alan olmayıb. Araşdırma zamanı yanğının avtomobilin elektrik naqillərində yaranan qısaqapanma nəticəsində başladığı məlum olub. Hadisə ilə bağlı Xətayi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma başlanılıb.
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA










