Bakıda təhlükəli vəziyyət: piyadalar yolun ortası ilə gedir - VİDEO

Paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Məhəmmədli dairəsinin ətrafında piyadalar mütəmadi olaraq avtomobil yolundan istifadə edirlər. Ərazidə yaşayan sakinlər və yoldan istifadə edən piyadalar deyir ki, ağır tonnajlı yük maşınları illərdir onların yolunu zəbt edib. Bu səbəbdən də təhlükəli də olsa avtomobil yolu ilə gedirlər.
Məsələ ilə bağlı Yerüstü nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, nizamnaməyə görə şəhər kənarında səkilərin inşası onların yox, yerli icra hakimiyyətinin balansındadır. Sabunçu rayon İcra Hakimiyyətindən isə məsələnin onlara aid olmadığı qeyd olundu. Bildirildi ki, Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edək.
Agentlikdən isə dedilər ki, onlar səkiyə yox, yolun hərəkət hissəsinə cavabdehdirlər. Əraziyə sahib çıxan olmadığından görünür sakinlərin problemi də həll olunmadan qalacaq.
Daha ətraflı videomaterialda.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












