Bakıda tıxac mövsümü başladı

Bakının əsas küçə və prospektlərində tıxac müşahidə olunur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Avtosfer.az-a verilən məlumata görə, yeni dərs ilinin başlanması və yay tətilinin bitməsi ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində tıxac yaranıb. Tıxac Mikayıl Hüseynov prospektindən, Niyazi küçəsindən “Azneft” dairəsi istiqamətinə, Rəşid Behbudov və Səməd Vurğun küçələrindən Türkiyə səfirliyi istiqamətinə, Səməd Vurğun küçəsindən “Təzə Bazar” istiqamətinə , İnşaatçılar prospekti, Dövlət Statistika Komitəsinin qarşısı, Akademik Həsən Əliyev küçəsi, Babək prospekti Günəşli istiqamətində qeydə alınıb. Tbilisi prospekti - 20 Yanvar dairəsi istiqamətinə, Nəqliyyat Nazirliyindən şəhər istiqamətində, Atatürk prospektində hər iki istiqamətdə, Heydər Əliyev Mərkəzinin qarşısından şəhər istiqamətində, Babək prospektinin Heydər Əliyev prospekti ilə kəsişməsindən şəhər istiqamətində, Koroğlu Rəhimov küçəsində Heydər Əliyev Mərkəzi istiqamətində , Şah İsmayıl Xətai prospekti (Təhsil Nazirliyinin qarşısı) hər iki istiqamətində və Bakı-Sumqayıt şosesində Sumqayıt şəhəri istiqamətində analoji fakt müşahidə edilir. NİİM sürücülərə müraciətində bildirib ki, yaxın 20 dəqiqə ərzində Mikayıl Hüseynov prospektindən və Bakı-Sumqayıt şosesindən istifadə etməsinlər.
Emin
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












