Bakıda ucu görünməyən tıxac; hansı yollardan keçməyək?

Bu gün Bakıda avtomobil yollarında böyük tıxaclar müşahidə olunur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, hazırda Mikayıl Müşfiq küçəsi – Fövqəladə Hallar Nazirliyinin qarşısında tıxac müşahidə olunur. Şəhərə giriş bu istiqamətdə olduğundan gün ərzində bu istiqamətdə sıxlığın olacağı gözlənilir. Əziz Əliyev və Əhməd Rəcəbli küçələrində hər iki istiqamətdə sıxlıq müşahidə olunur. Bakı-Sumqayıt şosesindən şəhər istiqamətində, Moskva prospektindən – 20 Yanvar dairəsi və şəhər istiqamətində avtomobil yollarında tıxac var. Bundan başqa Ziya Bünyadov prospekti, Ş.İ. Xətai prospekti və Təhsil Nazirliyinin qarşısında hər iki istiqamətə sıxlıq müşahidə olunur.
Akademik Həsən Əliyev küçəsi və TQDK-nın qarşısında Azadlıq prospekti istiqamətində avtomobil yollarında hazırda tıxac müşahidə olunur.
Bundan əlavə, Bayraq meydanından Qurban Abbasov küçəsi istiqamətində Bayıla gedən yol hazırda bağlıdır. Bu yol Bakıda keçirilən beynəlxalq yarışla əlaqədar hələ iki gün bağlı olacaq.
Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Emin
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












