Bakıda xarici idmançılar Azərbaycan polisinə tərəf tüpürdülər

Dünən Bakıda Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Neftçi”nin rəqibi olan Çernoqoriya “Mladost”unun baş məşqçisi Aleksandr Nedoviçin mətbuat konfransı baş tutmalı idi.
Avtosfer.az azerisport.az-a istinadən xəbər verir ki, tədbir saat 20:30-da start götürməliydi.
Amma mətbuat konfransı keçirilməyib. Buna çernoqoriyalıların “Bakcell Arena”ya gec gəlməsi səbəb olub. Ona görə də mətbuat konfransı ləğv olunub.
Sonradan məlum olub ki, “Mladost”un stadiona gec gəlməsinə səbəb onları aparan avtobusu müşayiət edən yol polisləri olub.
Belə ki, onlar “Bakcell Arena”nın yolunu tapa bilmirmişlər.
Stadiona təxminən bir saat gec gələn çernoqoriyalı futbolçular avtobusdan düşərkən öz narazılıqlarını aşkar büruzə veriblər. Rəqib oyunçulardan polislər tərəfə tüpürənlər də tapıblar.
Qeyd edək ki, “Mladost” bu gün “Bakcell Arena”da “Neftçi”nin qonağı olacaq. Matç saat 21:00-da start götürəcək.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












