Bakıda yenə yol çökdü

Bakının Xətai rayonunda Babək prospekti ilə Telnov küçəsinin kəsişməsindəki yolda çökmə baş verib. Bu barədə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. Onun sözlərinə görə, ASC-nin müvafiq müəssisəsi tərəfindən yolun həmin hissəsinə müvəqqəti olaraq lazımi material doldurulub. “Çökən yol lazımi materiallarla doldurulub. Lakin hava şəraiti normal olmadığı üçün qurumun əməkdaşları çökmüş yolda araşdırma apara bilməyiblər. Araşdırma aparmaq üçün həmin yer tam qazılıb çıxarılmalıdır. Bir müddət öncə orada kommunikasiya xətlərində də problem olub. Vaxtilə o yolda yeddiyə yaxın boru köçürülüb. Araşdırmalar göstərir ki, çökmüş yolda su yol yatağını yuyub. Yaxud da kommunikasiyaların köçürülməsi zamanı düzgün kipləşdirmə işləri aparılmayıb. Təbii ki, əgər düzgün kipləşdirmə işləri aparılmayıbsa, orada çökmə baş verməlidir”, - deyə P. Mürsəliyev bildirib.
P.Mürsəliyev qeyd edib ki, yolun çökmüş hissəsi lazımi materiallarla doldurulsa da, həmin ərazidə bu gün də bir qədər çökmə müşahidə olunub: “Təbii ki, müvafiq istismar müəssisəsi o ərazini nəzarətə götürüb. Orada hər hansı təhlükədən söhbət gedə bilməz. Ancaq hava şəraiti normallaşan kimi, biz həmin hissəni qazıb, hadisənin səbəblərini tapıb, orada lazımi tədbirlər görəcəyik. Məhz bundan sonra həmin yola asfalt-beton örtüyü vurulacaq”.
O, qeyd edib ki, yolu çökməsi nəticəsində yolda tıxac əmələ gəlsə də, müvafiq tədbirlər görüləndən sonra nəqliyyat sıxlığı aradan qaldırılıb.
Emin
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












