Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb - FOTO

Dövlət Ekoloji Ekspertiza Agentliyində tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi, ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə ictimai dinləmə keçirilib.
Avtosfer.az xəbər verir ki, müstəqil ekoloqların, dövlət qurumları, tikinti şirkətləri, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Bakı şəhəri, Yasamal rayonu, A.Sultanova küçəsi, 11 ünvanında Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən inşası nəzərdə tutulmuş tədris korpusu binası və qazanxana binasının tikinti layihəsinin, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsində, 2532-ci məhəllədə “Orbita” MTK tərəfindən inşası nəzərdə tutulmuş yaşayış və qeyri-yaşayış binalarının tikinti layihəsinin, həmçinin Suraxanı rayonu Yeni Günəşli "D" yaşayış sahəsi, 27 saylı binanın şimal hissəsində yerləşən "Etibarlı" MTK tərəfindən inşası nəzərdə tutulmuş yaşayış binalarının tikinti layihələrinin ekoloji qiymətləndirilməsi məsələləri müzakirə edilib.
Agentlik rəsmiləri tərəfindən bildirilib ki, hər hansı bir layihə həyata keçirilərkən, onda bütün ekoloji məsələlər öz əksini tapmalı ətraf mühitin mühafizəsi ilə bağlı bütün tələblərə əməl edilməlidir. Belə ki, layihələrin ekoloji tərəfləri müəyyənləşdirilir, öhdəliklər və görüləsi işlər layihə icraçılarına təqdim olunur ki, sonradan ekoloji fəsadlar baş verməsin. Bunlar xüsusilə yaşıllıqların qorunması, atmosferin mühafizəsi və əmələ gələn tullantı sularının idarə olunmasıdır.
Müzakirələrin sonunda adıçəkilən müraciətlərin rəy verilmə mərhələsində olduğu bildirilib.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT


















