Bakıda yol çökdü, minlərlə maşın tıxacda qaldı – FOTO - VİDEO

Bakının Nizami rayonundakı Babək prospektində yol çöküb. “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığındakı körpünün əsas yolunda baş verən bu çöküntü səbəbindən avtomobillərin uzun tıxacı yaranıb. “Baku Medical Plaza”nın qarşısında yolun tam ortası iki hissədə çöküb. Yolun çökməsi avtomobillərin hərəkətini iflic hala salıb. Bir neçə marşrut avtobusu da tıxacda qalıb. Sürücü və sərnişinlər isə fəryad edirlər: “1 saatdır ki, burda qalmışıq. Belə şey olar? Bu körpünü bir-iki ildir ki, tikiblər. Yollara milyonlar xərcləyiblər. Amma çox keçmir ki, hamısı bərbad hala düşür. Əziyyət çəkənlər də biz oluruq”.
Tıxacda qalan taksi sürücülərindən biri çəkiliş apardığımızı görən kimi, şikayətini dilə gətirdi: “Bayaqdan tıxacdayıq. Xırda-xırda hərəkət edirik. Buna nə benzin çatar, nə də səbir... Maşında müştərim var idi, düşüb, getdi. Hə, mən indi nə edim? Yolları təmir edəndə günlərlə zülm çəkirik. Yenə də deyirik ki, cəhənnəmə ki, heç olmasa, yollar düzəlir. Təmir bitəndən sonra da həmin yol çökür, dağılır. Yenə də zülm çəkirik, tıxacda qalırıq. Nə dəyişdi?” (musavat.com)
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA

















