Bakıda yol qəzalarının birillik statistikasını “qanlı rekord” adlandırmaq olar - AÇIQLAMA

Paytaxtda son 11 ayın yol-nəqliyyat hadisələri statistikasını piyada təhlükəsizliyi baxımından “qanlı rekord” adlandırmaq olar. Son 11 ayda Bakı küçə və prospektlərində ölənlərin (191 nəfər) təxminən 64 %-i (122 nəfər) piyadalardır.
Bununla bağlı Trend-ə nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov danışıb.
Ekspert bildirib ki, bunların səbəblərini sadəcə piyada və sürücülərin məsuliyyətsiz davranışında, qaydalara biganə münasibətində axtarmaq ciddi səhvdir.
Piyada vurulmasının səbəbləri sırasında yollarda təhlükəsizliyi təmin etməyə yönələn işlərə müvafiq qurumlar tərəfindən məsuliyyətsiz yanaşma ön sıralardadır. Həmin məsuliyyətsiz yanaşma bunlarda ifadə olunub:
1. Xeyli küçələrin, xüsusən piyada keçidi olan yerlərdə hələ də işıqlandırılmaması;
2. Bir çox küçələrdə hələ də səkilərin olmaması, yaxud səkinin hərəkət üçün yararsız olması;
3. Bəzi yerlərdə piyada keçidi olsa da, avtomobillərin faktiki sürətinin yüksək olması, bunun qarşısını almaq üçün heç bir mühəndis-texniki tədbir görülməməsi;
4. Xüsusən çoxzolaqlı yollarda xeyli piyda keçidinin siqnallaşdırılmasında (svetoforların qoyulması, normal nişanların və nişanlanma xətlərinin tətbiqi) çatışmazlıqlar və s.
"Sadalanan qüsurlar piyada və sürücülərin intizamsızlığı ilə üst-üstə düşəndə faciə qaçılmaz olur. Ona görə də işləmək və dəyişmək lazımdır. Çox gecikirik. Artıq 3 ili tamam olan yol hərəkəti təhlükəsizliyinə dair dövlət proqramının real praktiki təsirini hələ də görmürük", - deyə Ə.Hüseynov bildirib.
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ










