Bakıdakı qonşular Zaqatalada heroin satarkən saxlanıldı

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər ifşa edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı əvvəllər də oğurluğa görə məhkum olunmuş Elnur Səmədov və Bakı şəhər sakini Ceyhun Əkbərov saxlanılıb. C.Əkbərovun idarə etdiyi KIA markalı avtomobilə baxış keçirilən zaman 212 qramdan artıq heroin və 105 qram yüksək psixotrop təsirə malik narkotik vasitə olan metamfetamin aşkar olunub.
İstintaq zamanı E.Səmədovun Bakı şəhərində kirayə yaşadığı evdə qonşusu, taksi fəaliyyəti ilə məşğul olan C.Əkbərovla birgə sonuncunun idarə etdiyi KIA markalı avtomobillə Zaqatalaya gəldiyi və burada narkotik vasitələri satmaq niyyətində olduğu müəyyən edilib. Ancaq həmin şəxslər niyyətlərini həyata keçirə bilməyiblər. Belə ki, polis onları narkotik vasitələri satmaq istəyərkən “iş başında” yaxalayıb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayətlərdə iştiraklarının olub-olmaması araşdırılır.
Fidan
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












