Bakıdan Türkiyəyə qatarla getmək olacaq - VİDEO

Sərnişin və yük lokomativlərin yenilənməsi istiqamətində 2016-2018 illər proqramına əsasən dəmiryol nəqliyyatında yenidənqurma işlərinə start verilib.
Avtosfer.az anstv-yə istinadən xəbər verir ki, bunun üçün artıq Bakıya bu il ikimərtəbəli qatar gətirilib. Yeni qatarların hərəkəti üçün energetika və rabitə, siqnalizasiya xəttləri yenilənir. Bu işlər isə Böyük- Kəsik stansiyasından başlayaraq Bakıya qədər həyata keçirilir. Yenilənən dəmiryol xətti bir dispetçer pultu vasitəsilə idarə olunacaq. Bu işlərdən sonra 50 ədəd dəyişən cərayanlı yük və sərnişin lokomitivlərini də dəmiryol relslərində görmək olacaq.
“Azərbaycan Dəmiryolları”Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun dediyinə görə, bütün bu işlər çərçivəsində gələn il Qazaxıstandan 10 ədəd manevr tipli teplavoz gətiriləcək ki, onlar da yalnız stansiyalar arasında fəaliyyət göstərəcək.
Bundan əlavə ölkəyə 300 ədəd yeni yük vaqonları gətirilib. Daha 30 ədəd Avropa standartlarına cavab verən sərnişin vaqonlarının gətirilməsi nəzərdə tutulur. Bu işlər başa çatdırılandan sonra, gələn il Türkiyəyə sürətli qatar vasitəsilə gedib-gəlmək mümkün olacaq.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












