Bakının bəzi küçələrində böyük tıxac - FOTO

Bu gün səhər saatlarından etibarən Bakının bəzi küçələrində böyük tıxac yaranıb.
“APA-Economics”in məlumatına görə, ən ağır vəziyyət 20 Yanvar dairəsi ətrafında müşahidə olunub. Tıxacın yaranmasına səbəb qeyd olunan ərazidə aparılan təmir işləridir. Belə ki, bununla əlaqədar dairəyə nəqliyyat vasitələrinin girişi müvəqqəti qadağan olunub.
Qeyd edək ki, həmin ərazidə tikinti işlərini Bakı şəhər İcra Hakimiyyəti aparır. Sürücülərin əsas narazılığı isə tikinti işlərinin həftənin iş günlərində aparılmasıdır.
Daha bir böyük tıxac Yusif Səfərov küçəsində qeydə alınıb. Tıxacın yaranmasının səbəbləri məlum deyil.
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin saytında (saat 10:15 radələrindəki vəziyyətə əsasən) yer alan məlumata görə, Bakı-Sumqayıt yolunda (şəhərin mərkəzi istiqamətində), Təbriz küçəsində, akademik Şəfayət Mehdiyev küçəsində, Abbasqulu Ağa Bakıxanov küçəsinin bir hissəsində, Fətəli Xan Xoyski prospektində, Şeyx Şamil küçəsində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO












