Bakının bir küçəsində edilən son dəyişikliklərdən sonra ortaya çıxan mənzərə - VİDEO

"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Avtosfer.az BakuTV-yə istinadən xəbər verir ki, bu dəfə paytaxtın Əbdürrəhim bəy Haqverdiyev küçəsində yol hərəkətinin təşkilində edilən son dəyişikliklərdən sonra ortaya çıxan mənzərə haqqında məlumat verilib.
Bildirilib ki, İnşaatçılar prospektində velosiped zolağı yoxdur, lakin sağa dönən kimi avtomobil enində üzü yoxuşa doğru mikromobillik zolağı başlayır:
"Günün pik saatlarında yanındakı avtobus zolağı ilə birlikdə yolun böyük hissəsini tutan bu boş zolaq əlavə sıxlığa səbəb olur".
Qeyd edilib ki, Şəfaət Mehdiyev küçəsinə yaxın hissədə əvvəl geri dönmə yeri var idi, indi isə bu nöqtədə qoşa xətt var: "Əvvəl Şəfaət Mehdiyev küçəsinə sola dönməyə icazə verilmirdisə, indi təxminən 10 saniyə ərzində buna icazə verilir".
Diqqətə çatdırılıb ki, Şəfaət Mehdiyev küçəsindən sola dönəndə əvvəlki üç zolaq indi iki zolaqla əvəz edilib:
"Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə üzü İncəsənət Universiteti tərəfə gələndə sol zolaq geri dönmək üçün nəzərdə tutulub. Nəticə isə belədir: sıxlıq artıb, üfüqi nişanlanma xətləri olsa da, məlumatverici yol nişanları yoxdur".
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Yol boşdur, amma tıxac var: Səbəb sürücülərdir? – VİDEO
Azərbaycanda 8 ayda sərnişin sayı bu qədər artıb – STATİSTİKA
Fərdi avtomobil sayı artır; ictimai nəqliyyat sistemi necə qurulmalıdır?
Hazırda Bakıda bu yollar tıxacdır - SİYAHI - FOTO
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA
Bakının səkilərini zəbt edən obyektlər; dövlət proqramı var, icra yox - VİDEO
İrandan Azərbaycana uçuşlarla bağlı RƏSMİ QƏRAR - DAYANDIRILIR
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO - YENİLƏNİB
Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ












