Bakının bu küçəsində işıq dirəkləri yoxdur - VİDEO

Bakının Nərimanov rayonunda bir qrup sakin yaşadıqları küçədə işiq dirəklərinin olmamasından şikayətçidir. ANS-in məlumatına görə, Vaqif Abbasov illərdir yaşadığı Bakının Nərimanov rayonu, Heydər Əliyev prospekti, 95 ünvanında küçənin işiqlandırılması ilə bağlı problemdən şikayətlənir. Onun sözlərinə görə, sovet dövründə küçədə işiq dirəkləri və lampalar olub. Sonradan təmir işlərilə əlaqədar köhnə dirəklər yenilərilə əvəz olunması məqsədilə kəsilərək götürülüb. Hətta küçə boyu 4 işıq dirəyinin yerləri də müəyyənləşdirilərək elektrik kabelləri çəkilib. Amma dirəklər qoyulmadığından sakinlər gecələr fənərlərdən istifadə etməklə küçədən keçməyə məcbur olur. Şikayətçilərin sözlərinə görə, problemlə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb. Məsələ ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətindən bildirildi ki, küçə dirəklərinin qoyulması məsələsi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. Daha sonra Bakı Şəhər İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Bakı Şəhər Elektrik Şəbəkə Müəssisəsi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, yaxın bir ay ərzində sözügedən əraziyə baxış keçiriləcək və deyilən vaxtdan gec olmayaraq orada küçənin işıqlandırılması üçün dirəklər qoyulacaq.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












