Bakının ən çox gözlənilən layihəsi niyə dayandı?

Uzun müddətdir ki, Abşeron sakinləri bir layihənin tezliklə gerçəkləşəcəyi vaxtı gözləyirlər. Bu, Bilgəh qəsəbəsindən Bakı-Quba yoluna qədər uzanan və heç bir kəsişmə olmadan sakinləri ölkə əhəmiyyətli magistrala çıxaracaq Bakı Dairəvi yoludur.
Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, artıq bir sıra şəxslər layihələndirilən yolun kənarında torpaq sahələri alaraq, evlər və iaşə obyektləri tikiblər. Yol işə düşdükdən sonra həm qazanc əldə edəcək, həm də rahat şəkildə ölkə əhəmiyyətli yollara çıxa biləcəklər.
Hazırda Bilgəh, Nardaran, Zabrat, Balaxanı, Məhəmmədi, Pirşağı, Maştağa və digər qəsəbələrin sakinləri bölgələrə getmək üçün mütləq paytaxtın içindən keçməli olurlar. Yol işə düşəndən sonra isə şəhərin içinə girmək, tıxaclı yollardan keçmək gərəkməyəcək.
Sakinlər bu yolun tikintisinin nə vaxt başa çatacağını səbirsizliklə gözləyirlər. Ancaq yolun tikintisi bir neçə aydır ki, dayanıb. Heç bir iş görülmür.
Yol inşasının dayanma səbəbini öyrənmək üçün "Azəryolservis" mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq.
Qurum rəsmisinin sözlərinə görə, yol inşasının dayandırılması Azərbaycanda Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar idi. İnşaat işləri zamanı ağır tonnajlı maşınların yollarda hərəkəti qaçılmaz idi deyə belə bir qərar qəbul olunmuşdu.
Qurum rəsmisi deyib ki, tək Bakı Dairəvi yolunun inşası deyil, daxili investisiya hesabına maliyyələşən layihələr müvəqqəti dayandırılıb.
"Bu ay və ya gələn ay daxili investisiya hesabına maliyyələşən layihələrə yenidən baxılacaq. Ondan sonra işlərin nə vaxt başlanacağı bilinəcək", - deyə o əlavə edib.
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO










