Bakının ən çox maşın olan ərazisində işıqfor işləmir - SƏBƏBİ AÇIQLANDI - VİDEO (YENİLƏNİB)

Qeyd olunan ünvanda işıqforun işləməməsinə səbəb elektrik xəttində yaranan qısaqapanma olub.
Avtosfer.az xəbər verir ki, bunu Baku.ws-ə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov bildirib.
"Həmin andan etibarən müşahidə kameraları vasitəsilə ərazi diqqətdə saxlanılıb və yaranan texniki problem əməkdaşlarımız tərəfindən qisa müddət ərzində həll edilib. Hazırda işıqfor işlək vəziyyətdədir",-deyə Ö. Xıdırov əlavə edib.
***
Bakıda avtomobillərin ən çox olduğu yolda işıqforun işləməməsi böyük problemlər yaradıb.
Avtosfer.az xəbər verir ki, bu barədə şəhər sakinləri Baku.ws-in "qaynar xətti"nə bildiriblər.
Qeyd edilib ki, "28 may" küçəsi 78 B ünvanında işıqfor işləmir. Nəticədə yolda sıxlıq yaranır. Eyni zamanda qəza üçün şərait yaranır.
Sözügedən ərazidən görüntüləri təqdim edirik:
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA
Rayon yollarında təhlükə yaradan 3 əsas amil hansılardır? – MÜTƏXƏSSİS
Bu yollarda tıxac var - SİYAHI












