Bakının gəmi əvəzi avtobusları - FOTO

Avtosfer.az xəbər verir ki, bu gecə yağan yağış paytaxtın bir çox ərazilərində olduğu kimi Sabunçu rayonunda da böyük çətinliklər yaradıb. Bu barədə paytaxt sakinləri anspress-in “qaynar xətti”nə bildiriblər. Rayon sakinlərindən olan Taleh Cəfərov bildirib ki, Ramana qəsəbəsi, Savxoz deyilən ərazidə yollar darmadağındır. “Bir az yağış yağan kimi burada yollar keçilməz səddə dönür. Yollardakı böyük çuxurlar su ilə dolur. Burada yaşayanlar əzab çəkirlər. Bura nə təcili yardım maşını gələ bilir, nə də yanğınsöndürən. Avtobuslar da işləyə bilmirlər. Sürücülər deyirlər ki, maşınlar dağılır”, - deyə Taleh Cəfərov vurğulayıb. Məsələ ilə əlaqədar Sabunçu rayon İcra Hakimiyyəti tabeliyində olan Ramana icra nümayəndəliyilə əlaqə saxladıq. Qurumun sədri Əlican Xəlilovun anspress-ə verdiyi məlumata görə, adıçəkilən ərazi “Azəryolservis” ASC-nin tabeliyindədir. “Biz də dəfələrlə bu barədə “Azəryolservis”ə bildirmişik. Deyirlər ki, dövlət proqramına əsasən yo təmir olunacaq. İndi növbəni gözləyirik”, - deyə Əlican Xəlilov vurğulayıb. Problemin nə zaman həll olunacağını öyrənmək üçün “Azəryolservis” ASC ilə əlaqə yaratmaq istədik. Lakin qurumun mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev zənglərimizə cavab vermədi. Ümid edirik ki, deyilən ərazidə yollar nə vaxtsa təmir olunacaq. Adıçəkilən ərazidən çəkilən fotoları təqdim edirik:
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA















