Bakının köhnə dərdi; gölməçələr - VİDEO

Gecədən başlayan yağış səhər saatlarında paytaxtdakı məhəllələrdən birində sakinlərə problemlər yaşadıb. Keçilməz yollarla irəliləmək onları dağa-daşa salıb. Hər yağış yağanda küçələrin keçilməz olmasına, axar çaya bənzəməsinə artıq adət etmişik. Dünən gecə saatlarından dayanmadan yağan yağış bu gün paytaxtın mərkəzi yollarında kiçik gölməçələr yaratsa da, mərkəzdən kənar barədə bunu deyə bilmərik. Ataların yaxşı bir misalı var, görünən dağa nə bələdçi. Binəqədi rayonu, Yəhya Hüseynov küçəsindəki mənzərəyə də bələdçi gərək deyil. Çünki buradakı problemə hər kəs bələddir. Kanalizasiya xətlərindəki qəzalı vəziyyət bu günə kimi həllini tapmadığından hər dəfə yağış sularına qarışır, nəticədə çirkab suları sakinləri yolundan edir. Nəqliyyat vasitələrini isə sıradan çıxır.
“Yolların tikintisinə küllü miqdarda vəsait xərclənsə də, yollar kecilməz olaraq qalır. Yağış yağan kimi yollar gölməçəni xatırladır. Buradan nə piyadalar, nə də avtomobillər keçib gedə bilmir. Ümumiyyətlə aidiyyatı quramlar bu problemi kökündən həll edəcəklər, ya yox?”, – deyə sürücü Kamal Bağırov bildirib.
Yağış və çirkab sularının bir-birinə qarışması Zabrat -1 ünvanında yaşayanlar üçün də çətinliklər yaradıb. Bir tərəfdən palçıq, bir tərəfdən yağışın yaratdığı gölməçələr sakinləri hətta maşın yoluna çıxmağa vadar edib.
Yağan yağış avtomobil yollarında sıxlıqla müşahidə olunub. Hidrometreolloqlarsa, bu gündən etibarən yağıntılı hava şəraitinin tədricən kəsiləcəyini deyirlər. Yəni növbəti günlərdə ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək. “Bir neçə gündür davam edən şimal küləyi artıq axşama doğru mülayimləşəcək. Havanın temperaturu 5 dərəcəyə qədər yüksələcək. Yaxın iki gündə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı və yağmursuz keçəcəyi gözlənilir. Eyni zamanda Bakıda və Abşeron yarımadasında arabir cənub-qərb küləkləri üstünlük təşkil edəcək” – deyə proqnozlar bürosunun qrup rəhbəri Tükəzban Hacıyeva vurğulayıb.
Yağmursuz hava şəraiti tək paytaxtda yox, bölgələrdə də müşahidə olunacaq. Bir sözlə havanın temperaturu ötən günlərlə müqayisdə 4-5 dərəcə artacaq.
ANS TV
Qurban Yetirmişlidən zəlzələ ilə bağlı AÇIQLAMA
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO










