Bakının mərkəzində 16 ağac aşıb, 4 avtomobil əzilib

Əlverişsiz hava şəariti Nəsimi rayonunda ciddi fəsadlar törədib. Avtosfer.az xəbər verir ki, lent.az-ın Nəsimi rayon İcra Hakimiyyətindən əldə etdiyi məlumata görə, 22 fevral tarixində yağan güclü qar və əsən güclü külək səbəbindən Cavadxan küçəsi 56 saylı ünvanın qarşısında Kərimov Murad Təmraz oğluna məxsus “Mercedes” markalı, 90 CK 128 dövlət nömrə nişanlı və onun avtomobilinin yanında dayanan “Chevrolet” markalı 90 AV 209 dövlət nömrə nişanlı avtomobillərin üzərinə ağac düşüb. Hər iki avtomobilə ciddi ziyan dəyib. Həmçinin R.Məmmədov küçəsi 5 saylı ünvanın qarşəsənda Cabbarova Lalə Hüseynağa qızına məxsus “Hyundai Sonata” markalı, 90 RZ 903 dövlət nömrə nişanlı və onun yaxınlığında olan BMW markalı, 10 VO 326 dövlət nömrə nişanlı avtombillərin üzərinə ağac aşıb. Hər iki hadisədə xəsarət alan olmasa da, avtomobil sahiblərinə maddi ziyan dəyib. Bundan başqa, Bakıda yağan qar və güclü külək Nəsimi rayonun bir çox küçələrində irigövdəli ağacların aşmasına səbəb olub. Belə ki, Topçubaşov küçəsi 21, D.Əliyeva küçəsi 243, H.B.Əliyev küçəsi 8, H.B.Əliyev küçəsi 22, R.Məmmədov küçəsi 5, Cavadxan küçəsi 56, U.Hacıbəyov küçəsi 59, M.Rəfili küçəsi 13, M.Qaşqay küçəsi 61 ünvanlarında müvafiq olaraq 1 ədəd, Vaqif pr-ti ilə C.Hacibəylinin kəsişməsindəki parkda və Mirqasımov küçəsi 2-də 2 ədəd, Mirqasımov küçəsi 3–də isə 3 ədəd irigövdəli ağacı külək aşırıb.
Qurban Yetirmişlidən zəlzələ ilə bağlı AÇIQLAMA
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO










