Bakının mərkəzindəki keçidi suya qərq edən səbəb barədə yeni açıqlama - YENİLƏNİB - FOTO - VİDEO

“Qış parkı” ərazisində, Akademik Milli Dram Teatrının qarşısında yerləşən yeraltı piyada keçidinə su sızması ilə bağlı daha bir açıqlama verilib.
Bakı Şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Avtosfer.az-a bildirilib ki, ərazidə boruların partlaması nəticəsində yeraltı keçidi su basması ilə bağlı yayılan məlumat doğru deyil: “Hadisə keçiddə yerləşən drenaj sisteminin xüsusi mühərriklərində yaranan problemə görə baş verib. Birliyin borularında heç bir problem olmayıb”.
17:20
“Qış parkı” ərazisində, Akademik Milli Dram Teatrının qarşısında yerləşən yeraltı piyada keçidinə su sızmasının qarşısı alınıb. Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Xatırladaq ki, parkın ərazisində yaşıllıq ərazinin suvarılması üçün nəzərdə tutulmuş xətdə baş vermiş qəza nəticəsində su keçidə sızırdı. Dərhal bu barədə yaşıllığa xidmət göstərən quruma məlumat verilib və aidiyyəti qurum tərəfindən qəza aradan qaldırıldıqdan sonra keçidə su sızmasının qarşısı alınıb.
13:48
Bu gün səhər saatlarında “Qış parkı” ərazisində, Akademik Milli Dram Teatrının qarşısında yerləşən yeraltı piyada keçidinə su sızması faktı qeydə alınıb. Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə agentliyin əməkdaşları cəlb olunub. Araşdırma zamanı məlum olub ki, keçidin üzərində yerləşən yaşıllıq ərazinin suvarılması üçün nəzərdə tutulmuş xətdə qəza baş verib və nəticədə su keçidə sızmağa başlayıb. Problemin aradan qaldırılması üçün aidiyyəti üzrə məlumat verilib.
11:03
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Qış parkı”nda yeraltı keçidin su basması ilə bağlı açıqlama verib.
ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Avtosfer.az-a açıqlamasında bildirib ki, ərazidə quruma məxsus su və kanalizasiya xətlərində heç bir problem yoxdur: “Keçidə dolan su qrunt sularını kənarlaşdıran qəza ilə bağlıdır. Parkın əməkdaşları özləri təmir işləri aparırlar”.
09:24
Bakı şəhərinin mərkəzində keçidi su basıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə “Qış parkı”nda qeydə alınıb. Ərazidə yerləşən yeraltı keçidi su basıb. Eyni zamanda, keçidin üstündə də gölməçələr yaranıb.
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB










