Bakının Şimal girişində yol yenidən qurulur - FOTOLAR

Biləcəri-Xocəsən istiqamətində avtomobil yolunun Sulutəpə-Biləcəri hissəsinin yenidənqurulması işləri sürətlə davam etdirilir. “Azəryolservis” ASC-nin mətbust xidmətindən verilən məlumata görə, eni 10 metr olan 2 hərəkət zolaqlı yol 8 hərəkət zolağına uyğun yenidən qurulur. Hər tərəfdə eni 1m. olan çiyinlər və ayrıcı zolaq nəzərdə tutulan yolun eni 34m. təşkil edəcək. Yol boyu 2 avtobus dayanacağı, 2 dairəvi qovşaq salınacaq. Yolun 1,5 km. hissəsində torpaq yatağının və yol geyiminin əsasının tikintisi başa çatıb. Hazırda əsasın üst layının bitumla emal edilmiş qara qırmadaşla tikintisi davam etdirilir. Dairəvi qovşaqlar da daxil olmaqla yol boyu bordürlərin quyulması, avtobus dayanacaqları olan sahələrdə səkilərin və müasir işıqlandırma sisteminin quraşdırılması da nəzərdə tutulub.
Qeyd edək ki, yol istismara verildikdən sonra Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri Bakı-Quba yolunun 10-cu km-dən Xocəsən, Sulutəpə istiqamətinə və əks istiqamətdə maneəsiz hərəkət edə biləcəklər.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO















