Bakının tıxac problemi həll olunacaqmı?

«Bakıda təmirə bağlanan yolların istifadəyə verilməsi sıxlığı xeyli azaldıb». Bunu APA TV-yə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı deyib. O, Atatürk prospektinin Məmməd Araz küçəsi ilə kəsişməsindən Ziya Bünyadov prospekti ilə kəsişməsinə qədər aparılan təmir işlərinin başa çatdığını xatırladıb: "Aparılan təmir işlərinin nəticəsi olaraq, paytaxtda sıxlıq müşahidə olunmadı. Baxmayaraq ki, dünəndən məktəblər də açılıb. Bu belə yollardakı sıxlığa öz təsirini göstərmədi. Bundan başqa, Qələbə dairəsində günün bütün saatlarında sıxlıq yaşanırdı. Amma Həsən bəy Zərdabi prospekti bağlanandan artıq sürücülər Salamzadə körpüsünün altından hərəkət edirlər. Odur ki, bu dairədə də artıq sıxlıq yaşanmır".
Mərkəz sözçüsü bildirib ki, Bakı-Sumqayıt şosesində də aparılan təmir işləri ilə əlaqədar həmin yol qismən genişləndirilib. Bununla belə hazırda sıxlıq müşahidə olunan ərazilər də var: "Əvvəllər sürücülər saatlarla tıxacda qalırdılar. Amma indi səhər və axşam aşağı sürətlə də olsa, hərəkət edə bilirlər. Təəssüflər olsun ki, bu gün Badamdar şösesində sıxlıq müşahidə olunur. Çünki yolda təmir gedir. Sürücülərdən bir qədər səbrli olmağı tövsiyyə edirik".
2014-cü ildə ən çox sıxlıq müşahidə olunan əraziyə gəlincə, mütəxəssislər bununla bağlı müşahidələr aparıblar: "Həsən Əliyev küçəsində günün istənilən saatında sıxlıq qeydə alındı. Buna səbəb yolun dar olması və ticarət obyektlərinin çoxluğudur. Parklanan avtomobillər digər nəqliyyat vasitələrinin hərəkətinə mane olur. Həsən Əliyev küçəsi ötən il bizdə ən çox sıxlıq müşahidə olunan küçə kimi statistikaya düşdü".
Onun sözlərinə görə, "Bakı-2015" Avropa Oyunlarının keçiriləcəyi ərazilərdə yollar xüsusi Avropa Oyunları zolaqları ilə ayrılacaq. Bu yol zolaqlardan yalnız idmançılar, işçi heyət, qonaqlar istifadə edəcəklər.
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI










