Bakıya gəlmək çətinləşdi

Türkiyənin İstanbul şəhərində güclü qasırğa başlayıb. Qasırğa səbəbindən Bosfor boğazında nəhəng dalğalar yaranıb. Böyük ağacın aşması nəticəsində Barbaros bulvarında hərəkət dayanıb. Türk Hava Yolları fırtına səbəbindən 229 reysini təxirə saldığı məlumatını yayıb.
Qeyd edək ki, ötən gün yayılan məlumatda Türk Hava Yolları Bakıya təyyarə reyslərini təxirə saldığını bildirirdi. Avtosfer.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, buna səbəb sinoptiklərin hava şəraiti ilə bağlı xəbərdarlığı olub. Güclü fırtına xəbərdarlığına görə daxili və xarici olmaqla ümumilikdə 103 reys təxirə salınıb. Onların arasında Bakı ilə yanaşı Tiflis, Dublin, Budapeşt, Hamburq, Venesiya kimi şəhərlərdə var.
Hava şəraitinin bu gündən dəyişəcəyi, gücü yağış, qasırğa olacağı gözlənilirdi. Qasırğanın sürətinin saatda 100 km-ə çatacağı proqnozlaşdırılırdı. Atatürk hava limanından yanvarın 31-də Bakı ilə bağlı iki reys təxirə salınıb. Bu təyyarə İstanbul Atatürk Hava limanından 08:30-da çıxmalı, Heydər Əliyev Hava limanına saat 13:20-də eniş etməli idi. Eləcə də saat 14:20-də Bakıdan Atatürk Hava limanı yola düşməli (eniş Türkiyə vaxtı ilə saat 15:30) olan reyslər təxirə salınıb.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












