Bakıya gəlmək istəyən tələbələr necə hərəkət edəcək? - Deputatdan açıqlama

"Tələbələrin Bakıya qayıdışı ilə bağlı məsələyə Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyində baxılır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı, Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov deyib. Onun fikrincə, əvvəlki illərdə ali məktəblərə qəbul olunan tələbələr tələbə biletləri əsasında Bakıya qayıda bilər:

"Bəzi dərslər onlayn olacaq. Tələbə bileti olmayanlar Bakıya necə qayıda bilər? Operativ Qərargahda bu məsələyə aydınlıq gətirildi. Hazırda Dövlət İmtahan Mərkəzi ilə Təhsil Nazirliyi bu məsələyə baxır. Ola bilər ki, qəbulla bağlı tələbələrə verilən sənədlər əsasında bu məsələyə baxılısn. Bu istiqamətdə işlər gedir. Yeni qəbul olunan tələbələrin Bakıya necə qayıtması ilə bağlı mexanizm yaxın günlərdə açıqlanacaq”.
Ceyhun Məmmədov qeyd edib ki, təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı Təhsil Nazirliyi geniş açıqlama verib:
"Hansı məsələlər ki, açıq qalıb, onlara baxılacaq və qərar qəbul olunacaq. Bakıya gəlmək istəyən tələbələr həmin qərar əsasında rahat şəkildə Bakıya gələ biləcək”.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












