Bakıya giriş qadağası ilə bağlı ən son açıqlama - VİDEO

Rayon qeydiyyatlı avtomobillərin paytaxta girişi ilə bağlı qadağanın müddəti iyulun 10-dək uzadılıb. Bu qərar paytaxtada yaranan tıxacların qarşısını almaq üçün müvəqqəti xarakter daşıyır. Bəs bu qadağanın müddəti uzadıla bilərmi? Nazirlər Kabinetinin yol hərəkətinin təhlükəsizliyi komisyası bu və ya digər təklifləri müzakirə edir və yaxın vaxtlarda yekun qərar veriləcək. ''Rayon qeydiyyatlı olan avtomobillərin paytaxta girişini məhdudlaşdıran qadağalar qüvvədədir. Belə avtomobillər gecə saat 10 dan səhər saat 7-ə qədər paytaxta daxil ola bilər. Yük maşınlarının isə gecə 12-dən səhər 7-ə qədər olan müddətdə Bakıya girməsinə icazə verilir. Bunu “Xəzər Xəbər” açıqlamasında baş nazirin müavini, Nazirlər kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komisyasının sədri Abid Şərifov bildirib. Qadağanın müddəti bu ayın 10-dək uzadılıb. Amma komissiya digər təklifləri də müzakirə edir. Həmin müddət ərzində qadağalarla bağlı yekun qərarın verilməsi gözlənilir.
Komisyanın sədr Abid Şərifov bir çox ölkələrdə tətbiq olunan həftənin müxtəlif günlərində tək və cüt nömrə nişanlı avtomobillərin paytaxta buraxılması sisteminin tətbiqinin isə müzakirə mövzusu olmadığını deyib.
Amma başqa təkliflər də var. Məsələn ''Azəryolservis'' Açıq Səhmdar Cəmiyyətinin hazırladığı təklifdə gündüz saatlarında şəhərdə yük avtomobillərinin hərəkətinin qadağan edilməsi nəzərədə tutulur. Bu həm də paytaxta giriş də özünü əks etdirir. Ekspertlər isə hesab edir ki, təklif 2007-ci ildə bununla bağlı verilnmiş sərəncamın bir qədər genişləndirilməsindən ibartədir.
Hazırda qüvvəvdə olan rayon qeydiyyatlı avtomobillərin paytaxta buraxılmaması ilə bağlı qadağa isə dünyada bir ilkdir.
“Müstəqil Nəqliyyatçılar” təşkilatı piyada təhlükəsizliyi ilə bağlı ictimai müzakirə keçirib - VİDEO
Xəzər dənizi hansı ölkənin günahı ucbatından quruyur? - EKOLOQ
Bəzi avtomobil idarəçilərinin heç sürücülük vəsiqəsi də yoxdur - Ərşad Hüseynov
Kreml Çinə hansı siyasi mesajı göndərir? – POLİTOLOQ
"Jurnalistika və İnkişaf Mərkəzi" layihə ilə bağlı tədbir təşkil etdi - FOTOLAR
Bəzi yollarda tıxac yarandı - SİYAHI
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO










