Balakəndə icra başçısı və polis rəisi reyd keçirdi - FOTO
Gündəm
10 Aprel 2021 11:45

Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Balakən rayonunda karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə nəzarət tədbirləri həyata keçirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, bu gün Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Polis Şöbəsinin rəisi, eləcə də digər aidiyyatı idarə və təşkilatların rəhbərlərinin iştirakı ilə reyd keçirilib.
Reyd zamanı sakinlər tərəfindən karantin rejimi qaydalarına əməl edilməsi, ictimai nəqliyyatda, qapalı obyektlərdə tibbi maskalardan istifadə olunması vəziyyəti yoxlanılıb.
Vətəndaşlara gigiyena qaydalarına riayət edilməsinin, tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi izah olunub, tövsiyələr verilib. Həmçinin, polis əməkdaşları tərəfindən karantin qaydalarını pozan vətəndaşlar barəsində qanunamüvafiq tədbir görülüb.

Oxunub : 882
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 22:47
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
14 Oktyabr 2026 22:08
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
14 Oktyabr 2026 21:52
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
14 Oktyabr 2026 21:21
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
14 Oktyabr 2026 18:30
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
14 Oktyabr 2026 18:00
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
14 Oktyabr 2026 17:25
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
14 Oktyabr 2026 17:00
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
14 Oktyabr 2026 16:41
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
14 Oktyabr 2026 12:00
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
14 Oktyabr 2026 08:45
Bu yollarda tıxac var - SİYAHI
13 Oktyabr 2026 20:35
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
ŞƏRH YAZ












