Balakəndə reyd keçirildi, karantini pozanlar cərimələndi - FOTO

Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Balakən rayonunda karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə nəzarət tədbirləri həyata keçirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, bu gün Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Polis Şöbəsinin rəisi, eləcə də digər yerli idarə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən reyd zamanı sakinlər tərəfindən karantin rejimi qaydalarına əməl edilməsi, ictimai nəqliyyatda, qapalı obyektlərdə tibbi maskalardan istifadə olunması vəziyyəti yoxlanılıb.
Vətəndaşlara gigiyena qaydalarına riayət edilməsinin, tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi izah olunub, tövsiyələr verilib. Həmçinin, polis əməkdaşları tərəfindən karantin qaydalarını pozan vətəndaşlar barəsində qanunamüvafiq tədbir görülüb.

İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












