Bank kartları ilə bağlı yeni fırıldaqçılıq: Cinayətdə istifadə edilə bilər – DİN-dən XƏBƏRDARLIQ

Gündəm 17 Oktyabr 2024 19:05 Oxunub 1080
Bank kartları ilə bağlı yeni fırıldaqçılıq: Cinayətdə istifadə edilə bilər – DİN-dən XƏBƏRDARLIQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son dövrlər dünyada texnolji yeniliklərin özü ilə birlikdə gətirdiyi yeni dələduzluq üsulları ölkə gündəmini zəbt edir. Azərbaycanda bir qrup insan əhalidə bir-birinə inamsızlıq, dırnaqarası dolanma yolu kimi öz ölkəsinin əhalisinə, onun gəlirlərinə qənim kəsilib.

Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə istifadəçilərin bəziləri bölgələrdə yaşayan kiçik alverlə məşğul olan qohum-əqrəbasının başına gətirilən dələduzluq faktları ilə əlaqədar şikayətlər qeyd edirlər.

Belə ki, dələduzlar ənənəvi bank kartlarından istifadə edərək fırıldaqçılıqla məşğul olmağın yeni üsulunu tapıblar. Belə ki, onlar əvvəlcə vətəndaşları təhdid edərək saxta nömrə ilə mesaj yazıb onlardan müəyyən miqdarda pul tələb edirlər. Bu pulu atmaq üçün isə bank kartı gərəkli olur. Bunun üçün bu dələduzlar ölkənin müəyyən ucqar yerlərində kiçik sahibkarlıqla məşğul olan, meyvə-tərəvəz satanları, “Kiosk” və çayxana işçilərini hədəf alırlar. Onlara yaxınlaşıb 300-500 manat məbləğdə nağd pul istəyirlər. Daha sonra onların bank kartlarının 16 rəqəmli kodunu alıb həmin məbləği karta atacağını deyirlər. Əldə etdikləri bank kartının 16 rəqəmli kodunu təhdid etdikləri şəxsə göndərib məbləği həmin karta atmasını tələb edirlər.

Daha sonra təhdid olunan vətəndaş bununla bağlı polisə şikayət edib ona dələduzun evrdiyi 16 rəqəmli kodu tədim edir. Araşdırma aparıldıqda məlum olur ki, kartın sahibi “X” bir rayonda hər şeydən xəbərsiz olan “X” bir şəxsdir. Doğrudur, polis məsələni tamamilə nəzarətə götürür və araşdırmaların nəticəsində əsl dələduzun kimliyi müəyyənləşir. Lakin önünə çıxan hər kəsə qarşı fırıldaqçı əməllərlə “həyat sürən” belə adamların davranışlarına görə əhalidə bir-0birinə qarşı inamsızlıq yaranır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli sorğumuza cavab olaraq bildirib ki, son günlərdə vətəndaşların etibarından sui-istifadə edilməklə və ya aldatma yolu ilə onların bank kartı məlumatlarının ələ keçirilərək müxtəlif cinayət əməllərində istifadə olunması halları müşahidə edilir:

“Dələduzların qurbanı olmamaq üçün vətəndaşlarımıza diqqətli olmağı, tanımadıqları şəxslərlə qəti şəkildə şəxsi və bank kartı məlumatlarını bölüşməməyi tövsiyə edirik.

Belə hallarla rastlaşdıqda isə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzinə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər”.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh