Banqladeş Bakı-Dakka birbaşa reysinin açılmasını təklif edir

Azərbaycan və Banqladeş ticarət üzrə birgə işçi qrupu yaradacaqlar.
Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, müvafiq razılaşma iki ölkənin xarici işlər nazirlikləri arasında ikinci ikitərəfli siyasi məsləhətləşmələr zamanı əldə olunub.
Görüşdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Elnur Məmmədov, Banqladeşi isə xarici işlər naziri Caşim Uddin təmsil edib.
"Müzakirənin əsas mövzuları ticarət və investisiyalar, enerji əməkdaşlığı, təhsil, mədəni mübadilə, viza rejiminin sadələşdirilməsi, həmçinin regional və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət olub. Nazir Uddin Azərbaycanı Banqladeş iqtisadiyyatına - xüsusilə, toxuculuq və dəri sənayesi, yüngül maşınqayırma, kənd təsərrüfatı məhsullarının emalı, neft sektoru, İKT, əczaçılıq və bərpa olunan enerji kimi sahələrə sərmayə qoymağa çağırıb", - nazirlik qeyd edir.
Bundan əlavə, Banqladeş XİN başçısı Bakı və Dakka arasında birbaşa təyyarə reyslərinin qurulmasını təklif edib.
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA











