Baş həkim tualetin videosunu çəkən şəxsi polisə verdi

Bir müddət öncə Yevlax rayon xəstəxanasında pasiyentlərin həkim otağına tualetdən keçərək daxil olmasını videoya çəkən şəxs ona polis tərəfindən təzyiq edildiyini iddia edir.
Videonu çəkən şəxsin bacısı olduğunu bildirən B. M. sosial şəbəkədə müraciət yayaraq bildirib ki, dünən qardaşını Yevlax Rayon Polis Şöbəsinə çağıraraq həkimdən üzr istəməsini tələb ediblər: “Mobil telefonunu da alıb verməyiblər. Pul da tələb ediblər”.
DİN Mətbuat xidmətinin əməkdaşı Aslan Qiyaslı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, bununla bağlı Yevlax Rayon Xəstəxanasının baş həkimi tərəfindən polisə rəsmi şikayət daxil olub: “Şikayətin təfərrüatlarının araşdırılması üçün vətəndaş Yevlax RPŞ-yə dəvət olunaraq izahatı alınıb. Vətəndaşın üzr istədilməsi, yaxud digər iddialar tamamilə əsassızdır. Belə hal baş verməyib. Hazırda Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsində araşdırmalar davam etdirilir”.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











