Baş infeksionist: “Küləyin çimərliyə nə dəxli var?”

"Çimərlik mövsümü sentyabrın ortalarına qədər davam edəcək. Bir vaxtlar hər kəs çimərliyin açılmasını istəyirdi. İndi isə deyirlər ki, Bakıda küləkdir. Bakı hər zaman küləkli olub. Bakı küləklər şəhəridir. Küləyin çimərliyə nə dəxli var?"
Bunu Azərbaycanın Baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, avqust ayı yayın ən qızmar vaxtıdır.
“İnsanlar kimisə tənqid etməyə bəhanə axtarırlar. Türkiyəyə istirahətə, çimərliklərə avqust ayında gedilirdi. Bakıda həmin avqust ayıdır. Bu gün küləkdir, sabah hava düzələr, yenə çimərliyə gedərlər. Bakının küləyini dayandıra bilmərik və havanın necə olacağını da təxmin edə bilmirik”.
Rayonlara gediş-gəlişlə bağlı məsələyə gəlincə, C.İsayev bildirib ki, Operativ Qərargahın qərarı düzgündür. “Elə rayonlarımız var ki, orada yoluxma yoxdur. Elələri də var ki, tək-tək hallarda yoluxma olub. İnsanların rayonlara gedib-gəlməsi müzakirə edilib və qərarlaşdırılıb ki, hələ tezdir. Çünki gündəlik xəstələnmə sayı 200-dən yuxarıdır. Bu, 400-500 rəqəmlərindən yuxarı dövrlə müqayisədə azalmadır. Amma istənilən hədd deyil. Bakıda xəstəlik çoxdur. Bakıda olan insanları rayona göndərmək düzgün deyil. Rayona getmək deyəndə, insanlar şənbə günü gedib, bazar günü qayıdacaqlarını bildirirlər. Bu xəstəliyin yayılması deməkdir. Diqqətli olmaq lazımdır. Xəstəliyin artımının qarşısını almağa müəyyən qədər nail olmuşuq. Sabitliyin daha qalıcı olduğunu görəndən sonra bəlkə rayonlara gediş-gəlişi bərpa etmək olar. Eləcə də digər yumşalmalar ola bilər”. (Azvision.az)
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ
Azərbaycan üzərindən marşrutda sürpriz dayanacaq: Yol Çində bitmir - FOTO
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?










