Baş infeksionist: “Peyvənd olunan şəxslər tam arxayınlaşmalı deyil”

Vətəndaş bilməlidir ki, yalnız ikinci doza vaksini vurdurduqdan bir müddət sonra bədənində immunitet yaranır.
Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, vaksinasiya koronavirusdan 100 faiz qorumadığı üçün, heç kəs tam arxayınlaşmalı deyil:
“Immun sistemi fərqli reaksiya verir. Misal üçün yaşlı insanlarda immun sistemi zəif olduğuna görə, ola bilər ki, o immun titrləri gecikə bilər, yaxud az ola bilər. Bilməliyik ki, vaksinasiya bizi virusdan tam 100 faiz qorumur. Ona görə də, yaxşı olar ki, biz həyat tərzimizi pandemiyanın ilk günlərində olduğu kimi davam etdirək. Maska taxmaq, gigiyena qaydalarına riayət etmək, ara məsafəsini saxlamaq lazımdır. Peyvənd olunsaq da, hər ehtimala qarşı sanitar-epidemioloji qaydaları gözləmək mütləqdir. Qaydalara riayət etmək yoluxmanı minimuma gətirib çıxara bilər”.
T.Eyvazov əlavə edib ki, biz o zaman arxayın ola bilərik ki, yoluxma sayı kəskin azalacaq və epidemik vəziyyət aradan qalxacaq: “Ancaq buna hələ çox var, belə ki, pandemiyanın bitməsi üçün əhalinin əksəriyyətinin peyvənd olunması mütləqdir”.
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ










