Baş nazir xeyirxah taksi sürücüsünü işə düzəltməyi tapşırdı

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisi meri David Narmaniyaya gürcü paytaxtında baş vermiş dağıdıcı daşqının nəticələrinin aradan qaldırılması işində iştirak edən könüllüləri pulsuz daşıyan 24 yaşlı taksi sürücüsü Georgi Lomidzeni işə düzəltməyi tapşırıb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir.
“Georgi Lomidze adlı 24 yaşlı gənc insan sərnişinləri tamamilə pulsuz daşıyır. Bu gənc insan artıq iki ildir ki, taki sürüücüsü işləyir... Belə insanları layiqincə qiymətləndirmək lazımdır.
Bu adam xüsusidir... düşünürəm ki, siz, cənab David (Narmaniya) təbii fəlakətin nəticələrinin aradan qaldırılmasından sonra onun üçün yaxşı iş tapmalısınız”, - deyə, Qaribaşvili iyunun 18-də Fövqəladə qərargahın iclasında bildirib.
Xatırladaq ki, iyunun 14-nə keçən gecə Tbilisidə baş verən dəhşətli daşqın zamanı Vere çayının dərəsində yerləşən obyektlər – zoopark, Mziuri parkı, Tamaza Elizbaraşvilinin itlər üçün özəl sığınacağı, yaşayış evləri, şəhərin mərkəzi küçələri su altında qalıb, həmçinin infrastruktura zərər dəyib.
İlk gündən axtarış və təmizləmə işlərinə qoşulan könüllülər birinci gündən rəsmi qurumların nümayəndələri ilə birgə səhərdən axşamadək çalışırlar.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












