Baş Nazirdən qiymət artımına qarşı MÜHÜM QƏRAR - VİDEO

Baş nazirin minimum ərzaq səbətinə daxil olan məhsulların ixracı ilə bağlı tənzimləyici qərarı ərzaq qiymətlərinin durmadan artdığı indiki dövrdə yerində atılan bir addımdır. Bu qərar istehlakçıların ən çox tükətdiyi ərzaqların təminatını asanlaşdıracaq. Üstəlik bazarlarda bolluq olacaq.
''Hökümətin bəzi ərzaq məhsullarının ixracının tənzimlənməsi ilə bağlı verilən qərarı indiki vaxtda atılan ən zəruri addım idi''. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyib. O bildirib ki, son vaxtlar enerji qiymətləri və logistika xərclərinin artması ərzağın bahalaşmasına səbəb olurdu. Üstəlik son aylarda baş verən geosiyasi və iqtisadi münaqişə fonunda da ərzaq təhlükəsizliyi və ərzaq qıtlığı ilə bağlı təhdidlər yaranırdı. Azərbaycan höküməti bu anda ixracla bağlı tənzimləyici qərar verməklə, öz vətəndaşlarının ərzaq təhlükəsizliyi ilə bağlı önəmli addım atmış oldu. Azərbaycanla yanaşı bəzi ölkələr də artıq bu cür tədbirlər görməyə başlayıb. Nicat Hacızadənin sözlərinə görə, bu qərarın bütövlükdə məqsədi baş verə biləcək risqləri azaltmaqdır. Üstəlik ixracı qəti şəkildə məhdudlaşdırmayan bu qərar həm də daxili bazarda bolluq yaradacaq. Bu arada İqtisadiyyat Nazirliyi ixracatçılara müraciət edib. Müraciətdə deyilir ki, həmin malların ixracı ilə məşğul olan sahibkarlar İqtisadiyyat Nazirliyinə poçt vasitəsilə və ya elektron üsulla müraciət edə bilərlər. Daxil olmuş müraciətlərə İqtisadiyyat Nazirliyi tərəfindən 5 iş günü müddətində baxılaraq müvafiq cavab veriləcəkdir.Prosesin fasiləsizliyinin təmin edilməsi üçün İqtisadiyyat Nazirliyinin müvafiq strukturları bayram günlərində də adi iş rejimində fəaliyyət göstərir. Əlavə suallarla 195-2 Çağrı Mərkəzin də müraciət edilə bilər.
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT
Orta Dəhlizin regional inkişafı Azərbaycan üçün nə vəd edir? - POLİTOLOQ
“İçərişəhər”də quraşdırılan panduslar nəyə təsir edəcək? - EKSPERT
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO










